Şəhəri yandıranlara güzəşt edilmədi - VİDEO
Bizi izləyin

İdman

Şəhəri yandıranlara güzəşt edilmədi - VİDEO

İngiltərədə Konfrans Liqasının qrup mərhələsində “Aston Villa - "Legiya" oyunundan əvvəl insident yaşanıb.

Publika.az xəbər verir ki, azarkeşlər arasında baş tutan dava nəticəsində 3 polis əməkdaşı yaralanıb. Bu barədə “Sky Sports” məlumat yayıb.

Polşa təmsilçisinin fanatları protexniki vasitələrdən istifadə ediblər. Dava ilə əlaqədar komandanın azarkeşlərindən heç biri oyunun keçirildiyi “Villa Park” stadionuna buraxılmayıb. Hətta polisinin tövsiyəsi ilə stadion rəhbərliyi VIP qonaqları da arenaya buraxmayıb. Həmrəylik əlaməti olaraq klub prezidenti Dariuş Mioduski də matça gəlməkdən imtina edib.

“Aston Villa” “Legiya”nı məğlub edərək (2:1), Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Polşanın “Legiya” klubunun 2 futbolçusu AZ ilə Niderlandda keçirilən UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunundan sonra yerli polislər tərəfindən saxlanılıb. Buna səbəb müdafiəçi Radovan Pankov və yarımmüdafiəçi Josuenin qarşılaşmanın ardından polislərlə yaşanan insidentdə iştirak etmələri olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm