Ən seksual qadın futbolçu Messi ilə Ronaldo arasında seçim etdi
Bizi izləyin

İdman

Ən seksual qadın futbolçu Messi ilə Ronaldo arasında seçim etdi

Xorvatiya millisinin futbolçusu Ana Mariya Markoviç “ İnter Mayami”nin hücumçusu Lionel Messini “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo ilə müqayisə edib.

Publika..az xəbər verir ki, o, həmçinin onlardan hansının bütün zamanların ən yaxşı futbolçusu olduğuna cavab verib.

“Mənim sevimli futbolçum Kriştiano Ronaldodur, çünki o, çox intizamlıdır. Ona görə mən yeddi nömrə geyinirəm, ona görə futbol oynayıram.

O motivasiyamdır. Kiminsə ondan çox kubok qazanması məni maraqlandırmır. O, ürəyimdə bütün zamanların ən böyüyüdür və həmişə belə olacaq”, – “Sportske” Markovicdən sitat gətirib.

Xatırladaq ki, Messi ötən mövsüm Amerika klubunun heyətində 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu “İnter Mayami” ilə Liqa Kubokunu qazanıb.

Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr”in heyətində 13 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Portuqaliyalı hazırda çempionatın bombardiridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm