Bu sürücülər pula pul demirlər
Bizi izləyin

İdman

Bu sürücülər pula pul demirlər

Nüfuzlu "Forbes" nəşri əmək haqqı və bonuslar nəzərə alınmaqla "Formula 1" pilotlarının 2023-cü il mövsümündə gəlirlərini hesablayıb.

Publika.az xəbər verir ki, nəşrin qiymətləndirilməsi maliyyə və hüquqi sənədlərə, mətbuat hesabatlarına və sənaye insayderləri ilə söhbətlərə əsaslanır.

Hesablamalara görə, ən böyük məbləği "Red Bull" sürücüsü, dünya çempionu Maks Ferstappen qazanıb. "İlk üçlük"də "Mercedes"dən Lyuis Hemilton və "Aston Martin"dən.Fernando Alonso qərarlaşıb.

"Forbes"a görə 2023-cü il mövsümündə ən yüksək maaş alan 10 pilot (maaş + bonuslar):

1. Maks Ferstappen (Red Bull) - 70 milyon dollar (45 milyon dollar + 25 milyon dollar);
2. Lyuis Hemilton (Mercedes) - 55 milyon dollar (55 milyon dollar + 0 dollar);
3. Fernando Alonso (Aston Martin) - 34 milyon dollar (24 milyon + 10 milyon dollar);
4. Serxio Peres (Red Bull) - 26 milyon dollar (10 milyon + 16 milyon dollar);
5. Şarlz Lekler (Ferrari) - 19 milyon dollar (14 milyon + 5 milyon dollar);
6. Lando Norris (McLaren) - 15 milyon dollar (5 milyon + 10 milyon dollar);
7. Karlos Sayns (Ferrari) - 14 milyon dollar (8 milyon + 6 milyon dollar);
8. Corc Rassel (Mercedes) - 9 milyon dollar (4 milyon + 5 milyon dollar);
9–10. Pierr Qasli (Alp) - 8 milyon dollar (5 milyon dollar + 3 milyon dollar);
9–10. Oskar Piastri (McLaren) - 8 milyon dollar (3 milyon + 5 milyon dollar).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm