"Real" onu transfer edir: Danışıqlarda irəliləyiş var
Bizi izləyin

İdman

"Real" onu transfer edir: Danışıqlarda irəliləyiş var

"Bayern" və Kanada millisinin futbolçusu Alfonso Deyvis "Real"a keçməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, İspaniya klubu futbolçunun keçidi ilə bağlı danışıqlarda böyük irəliləyiş əldə edib. Transfer 2024-cü illin yayında baş tuta bilər.

Daha əvvəl futbolçu ilə alman klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqların 6 ay müddətinə dayandırıldığı bildirilirdi. "Real"ın Deyvisə marağı spesifikdir. İspaniya təmsilçisi sol cinah müdafiəçi mövqeyindəki problemin həllini onda görür.

23 yaşlı futbolçunun Münhen klubu ilə müddəti 2025-ci ilin iyun ayına qədər olan müqaviləsi var. "Transfermarkt" portalı Kanada millisinin müdafiəçisinin bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm