"Real"ın futbolçusuna 1 milyon "like" gələn bu FOTOnu niyə sildirdilər?
Bizi izləyin

İdman

"Real"ın futbolçusuna 1 milyon "like" gələn bu FOTOnu niyə sildirdilər?

"Real"ın Çempionlar Liqasında "Napoli"yə 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra madridlilərin yarımmüdafiəçi Eduardo Kamavinqa komanda yoldaşlarının xüsusi eynəklə şəklini çəkib.

Publika.az xəbər verir ki, fransız futbolçu daha sonra kollajı sosial şəbəkə səhifəsində yerləşdirib. Lakin cümə axşamı silmək məcburiyyətində qalıb.

"Relevo"nun məlumatına görə, buna səbəb "Nike" və "Adidas" arasında gedən mübarizədir. Kamavinqa ABŞ brendiylə əməkdaşlıq edir. Lakin kollajda fərqli brenddən geyinən oyunçular olub.

Bəzi oyunçuların idman geyimi brendləri ilə müqavilələrində rəqib brendlərin sosial şəbəkə səhifələrində nümayişi qadağan edilir. Bu səbəbdən Kamavinqa1 milyondan çox bəyənməyə baxmayaraq, şəkli silmək məcburiyyətində qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm