"Səndən polisə şikayət edibsə, artıq qardaşın deyil"
Bizi izləyin

İdman

"Səndən polisə şikayət edibsə, artıq qardaşın deyil"

Orta çəkidə UFC çempionu Şon Striklend həmkarı Camal Hillin həbsini şərh edib.

Publika.az xəbər verir ki, qardaşının Camaldan polisə şikayət etməsini Şou yaxşı qarşılamayıb:

“Qardaşınla döyüşdüyünə görə səni məişət zorakılığı ilə ittiham edirlər?! Çox gülməlidir. Deyəsən, mən bir neçə məişət zorakılığı ittihamından xilas olmuşam.

Camal, qardaşın polisə zəng vurduğuna görə fırıldaqçıdır. Belə dəhşətli hərəkətdən sonra o, artıq sənin qardaşın deyil”.

Xatırladaq ki, Camal Hill bazar ertəsi Kent Kaunti (Miçigan) həbsxanasına yerləşdirilib və həmin gün sərbəst buraxılıb. Məlumata görə, dövlət ittihamçıları ona kiçik qardaşı Ceyms Entoni Hillə hücum etdiyi üçün məişət zorakılığı ilə bağlı ittiham irəli sürüb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm