ABŞ
Tramp Ağ Evin divarına Putinin FOTOŞƏKLİNİ ASDI
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Alyaska sammitindən sonra ona verdiyi fotoşəkli Ağ Evin divarına asıb.
Publika.az xəbər verir ki, yanvarın 27-də PBS jurnalisti Elizabeth Landers "X" sosial şəbəkəsində Ağ Evin Qərb Qanadını Amerika Prezidentinin iqamətgahı ilə birləşdirən foyedə Tramp və Putinin Ankoric sammitindən birgə şəklini gördüyünü bildirib.
Landers tərəfindən paylaşılan şəkildə, liderlərin birlikdə çəkdirdikləri şəklin altında nəvəsinin əlindən tutmuş Trampın çərçivəyə salınmış şəkli asılıb.
Müəyyən edilib ki, Ağ Evdə yerləşdirilən Tramp və Putinin fotoşəkli ölçü və kompozisiya baxımından Rusiya liderinin Alyaska sammitindən sonra amerikalı həmkarına göndərdiyi foto ilə eynidir. "RİA Novosti" həmçinin Trampın eyni fotonu 22 avqustda Oval Ofisdə nümayiş etdirdiyini də aşkar edib.
Ötən ilin avqust ayında Putin və Tramp yeddi ildən sonra ilk tammiqyaslı görüş keçiriblər. Zirvə görüşü Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri Bazasında baş tutub və liderlərin "əhəmiyyətli irəliləyiş" elan etməsi ilə başa çatıb. lakin heç bir razılaşma imzalanmadyıb.
İki lider əsas məsələləri müzakirə ediblər: Ukraynadakı münaqişəyə son qoymaq, nüvə silahlarına nəzarət perspektivləri və ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrini bərpa etmək.
Hüseyn İbadlı
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı






































