Dünya
Ərdoğan ölən erməni əsgərlərinin ailələrinə 10 milyon dollar ayırıb? - Türkiyə bəyanat yaydı
Bəzi media orqanlarında və sosial media platformalarında yayılan "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda ölən əsgərlərin ailələrinə və cəmiyyətdə ehtiyacı olanlara 10 milyon dollarlıq maliyyə yardımı ayırmaq barədə fərman imzalayıb" iddiaları tamamilə əsassızdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyanat yayıb.
Bəyanatda ictimaiyyətə Türkiyəni və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara inanmamaq və yalnız rəsmi orqanların verdiyi açıqlamaları nəzərə almaq tövsiyə olunub.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç iki ölkə arasındakı qardaşlıq münasibətlərini hədəfə alan bu tipli xəbərləri tənqid edib.
Onun sözlərinə görə, bu əməllər Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasına yönəlmiş xain planın bir parçasıdır:
"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq poladdandır və başqa heç bir ölkə və ya güc buna zərər verə bilməz. Bu qardaşlığa zərər vermək istəyən bəzi qüvvələr bu tipli dezinformasiyalar yayırlar. Bunlar tamamilə yalan xəbərlərdir və etibar edilməməlidir. Paxıllıq edənlər isə, öz mənfur hərəkətlətinə davam edəcəklər".
Roza Şəfiyeva
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı



















.jpg)










.jpg)

.jpg)