Sosial
Bəzi vətəndaşlara işıq pulunda 50 faiz güzəşt olunacaq? - AÇIQLAMA
Artan kommunal xərclər fonunda qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi limitlərində güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bəs, qaz olmayan yaşayış məntəqələri və binalarda yaşayan vətəndaşlar üçün elektrik enerjisi limitlərində və tariflərində güzəştlərin tətbiqi mümkündürmü?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a iqtisadçı Natiq Cəfərli açıqlama verib. O bildirib ki, bir çox ölkələrdə bu yanaşma artıq mövcuddur və Azərbaycanda da vaxtilə tətbiq olunub.
“Əvvəl qaz olmayan binalarda elektrik enerjisi vətəndaşlara 50 faiz güzəştlə satılırdı. Belə bir mexanizmin yenidən tətbiqi mümkündür və məntiqli yanaşmadır. Son dövrlər Azərbaycanda qazlaşma ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə yüksək mərtəbəli binaların qazla təminatında müəyyən məhdudiyyətlərin ola biləcəyi bildirilir. Bu məhdudiyyətlər təhlükəsizlik məqsədi daşıya bilər. Bu halda alternativ olaraq elektrik enerjisi üzrə daha əlverişli şərtlər yaradılmalıdır”.
Onun sözlərinə görə, belə hallarda yalnız limit tətbiqinin aradan qaldırılması deyil, eyni zamanda elektrik enerjisinin tariflərinin də daha ucuz olması zəruridir:
“Əgər qaz təminatı təhlükəsizlik səbəbilə məhdudlaşdırılacaqsa, həmin binalarda yaşayan vətəndaşların elektrik xərcləri məntiqi həddi aşmamalıdır. Bu zaman dövlət tərəfindən güzəştli tariflərin tətbiqi labüddür”.
Ekspertin fikrincə, sosial yönümlü yanaşma çərçivəsində qazsız yaşayış məntəqələri üçün xüsusi elektrik enerjisi güzəştlərinin müzakirəyə çıxarılması real və əsaslandırılmış addım ola bilər.
-
Dünya10:12Barrotun Ankaraya qaçaraq səfəri: Fransa nəyə ümid edir?
-
Nida Xəbər 09:36Azərbaycan Ermənistana bu məhsulu da satacaq: Aleksanyan alır
-
Nida Xəbər 09:30DTX səfirliyə planlaşdırılan terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT
-
ABŞ08:37ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 30-a çatdı - YENİLƏNDİ
-
Elm və təhsil07:55Bu gündən məktəblərdə qış tətili başladı
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır








.jpg)





.jpg)




















