Futbolçumuz Albaniya çempionatında qol sevinci yaşadı
Bizi izləyin

İdman

Futbolçumuz Albaniya çempionatında qol sevinci yaşadı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində evdə “Vlajniya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olan Vüsal 41-ci dəqiqədə özü də fərqlənib. Bu, onun Albaniya çempionatında 5-ci qoludur.

“Eqnatiya” hazırda 33 xalla 1-ci pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm