Avro-2024-ün püşkatması zamanı pornofilmi Jarvo69 yerləşdirib - VİDEO
Bizi izləyin

İdman

Avro-2024-ün püşkatması zamanı pornofilmi Jarvo69 yerləşdirib - VİDEO

Jarvo69 kimi tanınan YouTube pranker Daniel Jarvis Avro-2024-ün püşkatma mərasimi zamanı qadınların inilti səsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, püşkatma zamanı həm salona toplaşanlar, həm də televiziya vasitəsilə mərasimi izləyən tamaşaçılar tərəfindən yüksək səslə qadın iniltiləri eşidilib.

Püşkatma zamanı Jarvis özünün YouTube kanalında “Canlı seks səsləri ilə Avro 2024-ün püşkatması” adlı veriliş aparıb, hadisənin canlı olaraq necə baş verdiyini göstərib.

Jarvis yanvar ayında BBC-nin FA Kubokunun yayımı zamanı da oxşar zarafat edib. Qari Lineker və Alan Şirer “Liverpul” – “Vulverhempton” matçından canlı reportaj hazırlayarkən, studiyada böyüklər üçün çəkilmiş filmin iniltiləri eşidilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm