Kim 20 milyon versə, bu məşqçini apara bilər
Bizi izləyin

İdman

Kim 20 milyon versə, bu məşqçini apara bilər

“Brayton” baş məşqçisi Roberto De Dzerbinin işindən çox razıdır.

Publika.az xəbər verir ki, italiyalının “qağayılar”la müqaviləsinin yalnız 2026-cı ilin yayında başa çatmasına baxmayaraq, ingilis klubu yaxın vaxtlarda mütəxəssislə əməkdaşlığın uzadılması məsələsini müzakirə etmək niyyətindədir.

De Dzerbinin hazırkı əmək müqaviləsində ingilislərə 10 milyon funt-sterlinq təzminat ödənildiyi təqdirdə Robertonun ayrıla biləcəyi bənd var.

“Brayton” onun üçün şərtləri yaxşılaşdırmaqla yanaşı, italyanla yeni müqavilədə bu məbləği 20 milyona qaldırmaq niyyətindədir.

Mütəxəssisə “Real” və “Napoli” kimi klubların maraq göstərdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm