Yenə asist etdi: bunu bacaran yeganə qapıçıdır
Bizi izləyin

İdman

Yenə asist etdi: bunu bacaran yeganə qapıçıdır

“Milan”ın qapıçısı Mik Menyan A Seriyasının 14-cü turunda keçirilən “Frosinone” ilə matçda (3:1) məhsuldar ötürmə edib.

Publika.az xəbər verir ki, fransalı qapıçı Kristian Pulişiçin qol vurmasına səbəbkar olub. Bununla o uğura imza atıb. Menyan Avropanın “Top-5” çempionatlarının son 3 mövsümün hər birində asist edən yeganə qapıçıdır.

28 yaşlı fransız bu mövsüm “Milan”ın heyətində bütün yarışlarda 16 oyuna çıxıb. O, 20 qol buraxıb və 6 görüşdə qapısını toxunulmaz saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm