Şahruddin baş məşqçisiz qaldı
Bizi izləyin

İdman

Şahruddin baş məşqçisiz qaldı

Futbol üzrə milli komandamızın üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor"da istefa reallaşıb.

Publika.az xəbər verir ki, "şimşəklər" baş məşqçisi Patrik Klyuvertlə qarşılıqlı razılaşma əsasında yolları ayırıb. Bu barədə "Ajansspor" məlumat yayıb.

Ayrılığın səbəbləri barədə məlumat verilməyib. Gün ərzində klub tərəfindən rəsmi açıqlamanın yayımlanacağı qeyd edilib.

Qeyd edək ki, Klyuvert mövsümün əvvəlindən "Adana Dəmirspor"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 20 maçtda meydana çıxıb. Adana təmsilçisi 8 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm