Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR
Bizi izləyin

İdman

Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR

Qanalı model Asanteva Çitti "Real"ın ulduz futbolçusu Cud Bellinqemlə sevgili olmasıyla bağlı yayılan informasiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, qanalı gözəl bununla bağlı səhifəsində paylaşım edib:

"Açıq şəkildə bildirmək istəyirəm ki, Bellinqem ilə münasibətimlə bağlı şayiələr doğru deyil. Onunla heç vaxt görüşməmişəm. Hazırda başqa bir insanla xoşbəxt münasibətdəyəm. Kaş ki, bu söz-söhbətlər dayanaydı".

Çitti türk və Qana əsilli modeldir. Sosial mediada 22.000-dən çox izləyicisi var. Onun səyahət və otel icmalı videoları 28 milyondan çox baxış və 2,6 milyon bəyənmə toplayıb.

Bellinqemə gəlincə, o, Çittiylə bağlı yayılan xəbərləri hələ şərh etməyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm