Qovulma ehtimalından danışdı: Komanda pis oynayır, ona görə də...
Bizi izləyin

İdman

Qovulma ehtimalından danışdı: Komanda pis oynayır, ona görə də...

"Barselona"nın baş məşqçisi Xavi qovulacağı barədə yayılan şayiələr barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, belə təhlükəni hiss etmədiyini bildirib:

“Mövqeyimin təhlükə altında olduğunu heç vaxt hiss etməmişəm. Mən xoşbəxtəm, prezidentin və Dekonun etimadına sahibəm. Əminəm ki, bu mövsüm çox yaxşı keçəcək. Komanda pis oynayır, ona görə də gözlənilən nəticəni göstərmirik.

Biz daha yaxşı oynamalıyıq. Çox şeyi təkmilləşdirmək lazımdır. Çox yaxşı işlər görmüşük, indi oyunumuzu yaxşılaşdırmalıyıq. Bu yolla yaxşı nəticələr gələcək”.

Qeyd edək ki, "Barselona" La Liqanın turnir cədvəlində lider "Real"dan 4 xal geri qalaraq üçüncü sıradadır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm