Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
Bizi izləyin

İdman

Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR

Cud Bellinqem "Real"ın yeni ulduzudur. Bu mövsüm sərgilədiyi oyunla Madrid klubunun liderlərindən birinə çevrilib. Nəzərə alaq ki, onun cəmi 20 yaşı var. Ona görə də bu uğurunu fantastik adlandırmaq olar.

Cud anası Denisi "kraliça" adlandırır. Onun uğurlarında böyük təsiri olduğunu qeyd edir. "Daily Mail" ilə müsahibəsində ingilis qadın hələ də oğlunun çarpayısını yığdığını və diqqətini futbola yönəltmək üçün hər şeyi etdiyini bildirib.

“Anamın karyeramda oynadığı rol böyükdür. Düşünürəm ki, o, hər zaman belədir. Düzünü desəm, karyeramda məşqçilərimdən və agentlərimdən də böyük rol oynayır” - deyə Cud anası haqqında danışır.

Hətta 20 yaşlı futbolçuya nifrət edənlər də onun çox gənc yaşda ulduz olmasına baxmayaraq, havada uçmaması ilə razılaşırlar. Futbolçunun valideynlərinin hər ikisi, Denise və Mark, bu məsələdə böyük rol oynayırlar.

Cud hazırda anası ilə yaşayır. Bellinqem 2020-ci ildə "Birmingem"dən "Borussiya Dortmund"a köçəndə Denis onunla gedib. Atası Mark isə kiçik oğlu Job ilə qalıb. Cud atasını çox sevir və ona hörmət edir. Keçmiş polis məmuru Mark Liminqton, "Sturbridc" və "Koldfild Taun" kimi aşağı liqa və qeyri-peşəkar klublarda futbol oynayıb.

"Futbol kumirləri haqqında danışsaq, atam mənim ilk qəhrəmanım olub. Onun hər həftə həvəskarlar liqasında oynadığını görəndə, başa düşürdün ki, bu, Premyer Liqa deyil, amma o vaxtkı oyun tərzi məni futbola aşiq etdi" - deyə Cud atası haqqında xatirələrini bölüşüb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm