"Barsa"ya bəd xəbər: Durumu ağırdır
Bizi izləyin

İdman

"Barsa"ya bəd xəbər: Durumu ağırdır

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen şiddətli bel ağrıları yaşamağa davam edir.

Publika.az xəbər verir ki, buna görə oyunçu Kataloniya təmsilçisinin son üç matçını buraxıb.

AS nəşrinin məlumatına görə, almaniyalı qolkiperin vəziyyəti getdikcə pisləşir. Klubun tibbi heyəti təcili olaraq problemin həll yolunu axtarmağa başlayıb.

Mənbənin sözlərinə görə, bütün tərəflərin razılaşacağı bir neçə variant var. Bunlardan biri, ağrının təbii şəkildə azalmasına imkan vermək üçün bir neçə həftəlik fasilə etməkdir. Lakin narahatlıq riski davam edəcək. Həkimlərin üstünlük verdiyi başqa bir seçim də fəqərələr arasındakı təzyiqi aradan qaldırmaq üçün əməliyyatdır. Bərpa müddəti dörd-altı həftə olacaq.

Ter Ştegen, noyabrda milli komandanın fasiləsində Almaniya millisində olarkən bel ağrıları keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm