Ronaldonu Tacikistana niyə aparmayıblar?
Bizi izləyin

İdman

Ronaldonu Tacikistana niyə aparmayıblar?

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının qrup mərhələsinin altıncı turunda keçiriləcək “İstiqlol”la səfər matçında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Düşənbəyə 38 yaşlı portuqaliyalı olmadan yollanıb. Bu barədə Tacikistan mediası məlumat yayıb.

“Əl-Nəsr” turnirin pley-off mərhələsinə erkən yüksəlib və qrupda birinci yeri təmin edib. Buna görə Ronaldoya istirahət verilib.

Qeyd edək ki, “İstiqlol” – “Əl-Nəsr” matçı dekabrın 5-də, saat 20:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm