"Real"ın "B" planı: Mbappe "hə" deməsə, hədəf o olacaq
Bizi izləyin

İdman

"Real"ın "B" planı: Mbappe "hə" deməsə, hədəf o olacaq

"Real" yenidən Kilian Mbappeylə danışıqlar aparmağa çalışacaq.

Publika.az xəbər verir ki, fransız futbolçu PSJ ilə müqaviləni ilin sonuna qədər uzatmasa, başqa klublarla sərbəst şəkildə danışıqlar aparmaq ixtiyarına sahib olacaq. Madrid klubu da bu məqamdan istifadə edərək səylərini gücləndirəcək.

"Real" Mbappenin anası və agenti Fayza Lamari ilə əlaqə saxlayacaq. Qərar vermək üçün futbolçuya cəmi 15 gün vaxt veriləcək. "Qalaktikos" danışıqlar zamanı artıq şifahi razılaşmalara etibar etməyəcək. İlkin müqaviləni dərhal sənədləşdirmək niyyətindədir.

Mbappe yanvarın 15-dək təklifə cavab verməsə, "Real" B planının icrasına başlayacaq. Madrid klubu "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı heyətinə qatmağa çalışacaq. Norveçli futbolçu hazırda "Real"da çıxış edən Dortmund "Borussiya"sında birlikdə oynadığı Cud Bellinqemlə dostdur. İspaniya nəhəngi bu məqamdan müzakirələr zamanı istifadə edilməyə çalışacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm