Görün Şarapova necə dəyişib: Tanımayacaqsınız - FOTOLAR
Bizi izləyin

İdman

Görün Şarapova necə dəyişib: Tanımayacaqsınız - FOTOLAR

Qadın tennisinin əfsanələrindən olan Mariya Şarapovanı xatırlayırsınız? O, 3 ildir ki, böyük idmanla vidalaşıb. Tamam fərlqi həyat sürür. Amma idmansevərlər onu unutmur.

Böyük Dəbilqənin beşqat çempionu sosial şəbəkə hesablarında yenə fotolar paylaşıb. Görənlər Mariyanın xarici görünüşündə dəyişikliklərə görə xeyli təəccübləniblər.

“Narahat olanlar haqqında düşünmək... 2023-cü ildə son macəra. Ümid edək ki, hər şey bu şəkillər kimi sakit və toplanmış olsun. Bu mövsüm tətillər sizi hara aparacaq"? - deyə Şarapova fotoya şərh yazıb.

Rusiya qadın tennisinin əfsanəsi 2020-ci ildə 33 yaşında karyerasını başa vurub. Mariya çıxış etdiyi müddətdə fərdi yarışlarda 36, ümumilikdə isə 39 titul qazanıb. O cümlədən 5 Qrand-Şlem, və 2004-cü ildə WTA Final Çempionatında qalib olub. Rusiyalı tennisçi həm də Fed Kubokunun qalibi (2008), 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm