Ançelotti Braziliya millisini çalışdırmaycaq? - Onu istəyən prezident...
Bizi izləyin

İdman

Ançelotti Braziliya millisini çalışdırmaycaq? - Onu istəyən prezident...

Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodrigez Rio-de-Janeyro Ədliyyə Məhkəməsinin qərarıyla vəzifəsindən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, 2022-ci ilin martında CBF-nin prezidenti seçilən funksionerin səlahiyyət müddəti 2026-cı ilin martında başa çatmalı idi. Lakin hüquqi prosedurlara görə o, vaxtından əvvəl işdən çıxarılıb. Səbəb kimi prezident seçkisinə kənar müdaxilələrin olması göstərilib.

Rodrigezin postundan uzaqlaşdırılması "Real"ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdırmaq ehtimalını sual altına alıb. Çünki sözügedən funksioner italyan məşqçinin təyinatını dəstəkləyirdi.

Bununla belə Ednaldonun növbəti seçkilərdə iştirak etmək hüququ var. Çünki yaşanan qalmaqal onun adıyla bağlı deyil.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm