17 yaşlı ulduz özündən böyük sevgilisini üzə çıxardı - FOTOLAR
Bizi izləyin

İdman

17 yaşlı ulduz özündən böyük sevgilisini üzə çıxardı - FOTOLAR

Braziliya futbolunun parlaq istedadlarından biri hesab edilən Endrik şəxsi həyatı ilə gündəmə gəlib.

17 yaşlı hücumçu Braziliyada mövsümün yekunları ilə bağlı təşkil edilən mükafatlandırma mərasiminə sevgilisi Qabrielle Miranda ilə birlikdə gəlib.

Onlar ilk dəfə bir yerdə səhnədə görütüləniblər. Bundan əvvəl cütlüyün birlikdə fotoları olmayıb.

Qabrielle Endrikdən üç yaş böyükdür. O, model, reklamçı kimi işləyir. Sosial şəbəkələrin Braziliya seqmentində kifayət qədər populyardır.

Cütlüyün münasibətinə vətənlərində "təmkinli sevgi" adı qoyublar. Qabrielle "Palmeyras"da çıxış edən sevgilisinin bütün oyunlarını stadiondan izləsə də, onların birlikdə olduğunu sezmək mümkün olmayıb. Onlar gizli hərəkət etməyə çalışırlar. Ancaq qala gecədən sonra vəziyyət dəyişə bilər.

Qeyd edək ki, Endrik 2024-cü ilin yayında - 18 yaşı tamam olduqdan sonra "Real"a qoşulacaq. Madrid klubu ona görə 37,5 milyon dollar ödəyib. Oyunçu ötən mövsümdən peşəkar statusunda oynamağa başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm