424 azarkeş saxlanıldı
Bizi izləyin

İdman

424 azarkeş saxlanıldı

Yunanıstan voleybol çempionatında “Olimpiakos” və “Panatinaikos” komandaları arasında keçirilən matçda 150-yə yaxın azarkeş polisə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə ERT məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarından birinin vəziyyəti ağırdır.

Telekanalın məlumatına görə, oyun zamanı sektoru tərk edən azarkeş izdihamı məşəl, molotov kokteyli və daşlardan istifadə edərək arenadan kənarda olan polislərə hücum edib. Fanatlardan birinin atdığı məşəl 30 yaşlı polisin bud damarını kəsib.

Yunan polisi daha sonra 424 nəfərin saxlanıldığını, onların arasında hücumu təhrik edənlərin də olduğunu bildirib. Hadisə ilə bağlı istintaq davam edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm