İdman
Azərbaycanın dünya şöhrətli idmançıları həbs olundu
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər həbs olunub.
Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Heybət
-
Magazin106:16Zaur oğluna ad günü etdi - VİDEO
-
Nida Xəbər 05:45Ceyhun Bayramov "Napoli" - "Qarabağ" matçını stadiondan izləyib - FOTO
-
İdman03:00Antonio Konte: "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi"
-
Magazin100:30Tacir Şahmalıoğlunun ailəsində xeyir iş - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Bir təklif sevindirə bilər
-
Magazin125 Noyabr 23:24Həbsdən çıxan Rəqsanədən ilk açıqlama - VİDEO
-
İdman25 Noyabr 23:00"Napoli" "Qarabağ"a qarşı - Heyətlər açıqlandı
-
İdman25 Noyabr 22:48Ertem Şenerdən PROQNOZ: ““Qarabağ” bu gecə elə futbol oynayacaq ki...”





























_(3).jpg)



