İsraildə 75 illik dövr başa çatdı - Bağlanma qərarı verildi
Bizi izləyin

Dünya

İsraildə 75 illik dövr başa çatdı - Bağlanma qərarı verildi

İsraildə ordu radiostansiyası olan "Galei Tzahal" 1 mart 2026-cı ilə qədər bağlanıb.

Publika.az "Haaretz" qəzetinə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Yisrael Katz məlumat yayıb.

"İsrail Ordusu Radiosu artıq əsgərlərin səsi deyil, ordunun dəyərləri ilə uyğun olmayan siyasi məzmun yayımlayacaq", - Katz söyləyib.

Baş qərargah rəisi Eyal Zamir ilə əlaqə saxlayan Katz əsgərlərin radiostansiyadakı vəzifələrinə son qoymaq üçün hazırlıqlara başlamalarını və onları tədricən ordu daxilindəki digər bölmələrə təyin etmələrini istəyib.

İsraildə əsas müxalifət partiyasının lideri Yair Lapid qərara reaksiya verərək bunun hökumətin seçki ilində İsraildə ifadə azadlığını ləğv etmək addımının bir hissəsi olduğunu söyləyib. Lapid sosial media hesabında verdiyi açıqlamada, sağçı hökumətin həqiqəti idarə edə bilmədiyi üçün media qurumlarını bir-bir bağladığını vurğulayıb.

İsrailin Baş prokuroru Qali Baharav-Miara da ordu radiosunun bağlanması qərarının mətbuat azadlığına mənfi təsir göstərəcəyini və qanunsuz qərarın təsdiqlənməməli olduğunu bildirib.

Qeyd edək ki, sözügedən radio 1950-ci ildə fəaliyyətə başlayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm