İdman
Ulduz futbolçunun yeni sevgilisi kimdir? - FOTOLAR
Britaniya KİV-ləri yazır ki, “Çelsi”nin ulduzu Koul Palmer sevgilisi Konni Qreyslə ayrılıb.
Publika.az xəbər verir ki, iddialara görə, xanım münasibətləri rəsmiləşdirmək, evlənmək istəyib və buna israr edib, lakin London klubunun futbolçusu bu variantla razılaşmayıb. Nəticədə Konni artıq subaydır.
Bununla belə, Konni bu şayiələri sosial şəbəkədəki paylaşımı ilə təkzib edib: "Onlayn oxuduğunuz hər şeyə inanmayın. İnsanların bəyənmə və baxış toplamaq üçün yaydığı yalanlar çox məyusedicidir. Son 24 saat ərzində yetkin kişilərdən aldığım təhqirlərin sayı isə sadəcə dəhşətdir".
Amma ayrılıq faktı təsdiqlənib. Üstəlik, Palmer uzun müddət tək qalmayıb və görünən odur ki, yenidən münasibətdədir. Tanış olun, onun yeni sevgilisi Oliviya Holder.

Koul və Oliviya birlikdə Londonda Milad yarmarkasında görüntüləniblər. Futbolçu gizlənmək üçün kapüşonlu geyimdə və üzünü qismən örtmüş halda gəzib, qız isə iri yumşaq oyuncaq daşıyıb. Aydındır ki, Milad yarmarkası kimi ailəvi tədbirlərə hər kəslə getmirlər.

Oliviya 2002-ci ildə anadan olub. Onun 23 yaşı var və Palmerlə yaşıddırlar. Holder bizneslə məşğuldur. Bacısı ilə birlikdə gözəllik klinikasına sahibdir.
O, artıq “Çelsi”nin ev oyunlarında “Stemford Bric” stadionunun tribunalarında da görülüb. Sosial şəbəkələrdə isə zarafat edirlər ki, Oliviya Konniyə çox bənzəyir və buna görə də Koul Palmeri bir qadına sadiq insan adlandırırlar.













-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI
-
Magazin113:04Şəbnəm ad günündə görün nə qədər pul yığdı? - Milyonluq villa tikdirir






































