İdman
Kasparovun işi məhkəməyə göndərildi: Həbs olunacaq?
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov terrorçu fəaliyyəti təşviq etmək və ya terrorizmi təqdir etmək ittihamı ilə yeddi ilədək həbs cəzası ala bilər.
Publika.az xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.
Bildirilir ki, Kasparova qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi üzrə iş açılıb (kütləvi informasiya vasitələri və ya internetdən istifadə etməklə terrorçu fəaliyyəti təşviq etmək, terrorizmi təqdir etmək və ya təbliğatı). Bu maddə üzrə cəza beşdən yeddi ilədək həbsdir.
Agentliyin məhkəmə materiallarından əldə etdiyi məlumata görə, istintaq Moskvanın Zamoskvoreçye məhkəməsinə şahmatçının həbs olunması ilə bağlı vəsatət göndərib.
Qeyd edək ki, hazırda Rusiyada yaşamayan Harri Kasparov "Rosfinmonitorinq" tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib və xarici agent funksiyasını yerinə yetirən fiziki şəxs kimi tanınıb.
Heybət
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq






.jpg)




























