Messinin davranışı onları MƏYUS ETDİ
Bizi izləyin

İdman

Messinin davranışı onları MƏYUS ETDİ

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messinin Honq Konqdan olan oyunçularla meydandan kənarda ünsiyyət qurmaq istəməməsi Honq Konq XI-in bəzi rəsmilərini məyus edib.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb .

Bildirilib ki, Messi onlarla birlikdə şəkil çəkdirməkdən imtina eedib və ünsiyyət qurmayıb, bu da məyusluğa səbəb olub.

Fevralın 4-də Honq-Konqun ulduz komandası yoldaşlıq görüşündə Mayami "İnter"inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra "İnter Mayami"nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, onları aldadıb. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb. Qeyd olunur ki, bu matça satılan biletin qiyməti təxminən 108 dollar olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm