İdman
2023-cü ildə ən çox qazanan idmançılar: İlk sırada o qərarlaşıb
"Sportico" idman portalı 2023-cü ilin ən çox maaş alan idmançılarının reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, siyahıya 275 milyon dollar gəlirlə “Əl Nəsr”in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo başçılıq edir. İlk üçlüyə qolfçu Con Rahm (203 milyon) və dünya çempionu, "İnter Mayami"nin üzvü Lionel Messi (130 milyon) daxil olub.
Futbolçular arasında ilk onluqda PSJ-nin hücumçusu Kilian Mbappe (125 milyon) və braziliyalı Neymar (121 milyon) da yer alıb.
NBA-da ötən il ən çox qazanan basketbolçu “Leykers”in hücumçusu LeBron Ceyms olub – 125,7 milyon dollar.
İlk onluğu tamamlayan NFL ulduzu Patrik Mahomis olub. O, 2023-cü ildə 84,3 milyon dollar qazanıb.
Qeyd edək ki, reytinq yüz idmançıdan ibarətdir. Siyahıda basketbolçular üstünlük təşkil edir - 40 nəfər. Futbolçuların sayı 16, beysbolçuların isə 13 nəfərdir.
2023-cü ilin ən çox qazanan 10 idmançısı:
1. Kriştiano Ronaldo (futbol) – 275 milyon
2. Con Rahm (qolf) – 203 milyon
3. Lionel Messi (futbol) – 130 milyon
4. LeBron Ceyms (basketbol) – 125,7 milyon
5. Kilian Mbappe (futbol) – 125 milyon
6 Neymar (futbol) – 121 milyon
7. Stefen Kurri (basketbol) – 98,9 milyon
8. Yannis Antetokounmpo (basketbol) – 88,4 milyon
9. Kevin Durant (basketbol) – 86,9 milyon
10. Patrik Mahomis (Amerika futbolu) – 84,3 milyon
Heybət
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı