İdman
“Real” - Mbappe danışıqlarının təfərrüatları açıqlandı
PSJ-nin hücumçusu Kilian Mbappe ilə “Real Madrid” arasındakı danışıqlar prosesinin təfərrüatları açıqlanıb.
Publika.az xəbər verir ki, təfərrüatları “Marca” nəşrinin jurnalisti Karlos Karpio açıqlayıb.
“Real” və Mbappe arasında razılaşma çox yaxındır. Ssenari artıq 2022-ci ildəki kimi deyil. Qətər artıq Kilianın PSJ layihəsində mövcudluğunu iki il əvvəlki kimi strateji əhəmiyyətli və fundamental hesab etmir.
Hazırda oyunçunun imza bonusu və imic hüquqlarının necə ödəniləcəyi ilə bağlı danışıqlar aparılır. Anası imic hüquqları üçün pul ödənilməsində israrlıdır, lakin Mbappe anasına “Real”da oynamaq istədiyini açıq şəkildə bildirib.
Kilian Madrid klubuna keçmək üçün pul itirməyə hazırdır. “Real”a getsə, PSJ-də qazandığının yarısını, Vinisius Juniorun isə indi qazandığının üç qatını alacaq. Mbappe ilə Madridin artıq razılığa gəldiyini istisna etmirəm”, - “Madrid Universal” X sosial şəbəkəsində (keçmiş Twitter) Karpiodan sitat gətirib.
Bu mövsüm Mbappe klub üçün bütün yarışlarda 29 matçda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu













.png)





















