PSJ 100 milyonluq futbolçunu hədəfə aldı
Bizi izləyin

İdman

PSJ 100 milyonluq futbolçunu hədəfə aldı

PSJ "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Bildirilir ki, niderlandlı yarımmüdafiəçi mövsümün sonunda “Barsa”nı tərk etməyə hazırdır. Klubun vəziyyətini və Xavinin baş məşqçi postunu tərk edəcəyini nəzərə alaraq, de Yonq ayrılmaq barədə düşünür.

Mənbənin sözlərinə görə, parislilər Kilian Mbappenin gedişinə hazırlaşırlar. Əldə qalacaq vəsaitdən istifadə edərək yarımmüdafiə xəttini gücləndirməyi hazırlaşırlar.

Onun transferi "Barselona"ya 100 milyon avro qazandıra bilər.

Qeyd olunur ki, de Yonqu heyətində görmək istəyənlər arasında "Mançester Yunayted" və "Çelsi" də var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm