İdman
Azərbaycan millisinin sabiq üzvü ağır vəziyyətdə: Pis vərdişlər həyatını məhv edib
Futbol üzrə illi komandamızın sabiq üzvü Fərid Quliyev hazırda ağır durumdadır.
Publika.az xəbər verir ki, karyerasını bitirdikdən pis vərdişlərə qoşulan Quliyevin səhhəti heç də yaxşı deyil. Orqanizmini zəhərləyən aludəçilikdən qurtula bilməyən 38 yaşlı sabiq bombardir hazırda Maştağada yerləşən reabilitasiya mərkəzində müalicə olunur.
Fəridin şəxsi həyatı da bu səbəbdən uğursuz olub. Voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova ilə 2018-ci ildə ailə həyatı quran Quliyevin evliliyi bu səbəbdən uzun çəkməyib.
Fəridin durumu gün keçdikcə ağırlaşır. Onun daha müasir tələblərə cavab verən müalicəyə ehtiyacı var. Buna görə çoxprofilli xəstəxanaya köçürülməlidir. (Sportfm.az)
Qeyd edək ki, Fərid Quliyev "Bakı" və "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. O, eyni zamanda "ağ-qaralar"la ölkə kubokunu qazanıb. 2009/10 mövsümündə "Standart"la ölkə çempionatının bombardiri olub.
Quliyev Berti Foqtsun rəhbərliyi dövründə milli komandaya dəvət alıb.
Heybət
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi