İbra “Milan”da onu görmək istəyir: Rəhbərlik razılaşmır
Bizi izləyin

İdman

İbra “Milan”da onu görmək istəyir: Rəhbərlik razılaşmır

“Milan”ın keçmiş futbolçusu, hazırda klubunun sahiblərinin baş məsləhətçisi Zlatan İbrahimoviç israr edir ki, “rossoneri”nin hazırkı baş məşqçisi Stefano Pioli istefaya getsə, komandaya italiyalı mütəxəssis Antonio Konte rəhbərlik etməlidir.

Publika.az xəbər verir ki, “Milan” rəhbərliyi isə “Bolonya”nın baş məşqçisi Tiaqo Mottanı ən yaxşı namizəd hesab edir. Bu barədə “Calciomercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub daxilində Piolinin yayda “Milan”dan ayrılacağı ilə bağlı fikirlər üstünlük təşkil edir. “Rossoneri”lər bu mövsüm Çempionlar Liqasının qrup mərhələsini adlaya bilməyib. A Seriyasında çempionluq uğrunda mübarizədə lider “İnter”dən 11 xal geri qalırlar. Stefano 2019-cu ilin oktyabrında “Milan”a rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm