“Qarabağ”ın rəqibi tarixi rekorda imza atdı
Bizi izləyin

İdman

“Qarabağ”ın rəqibi tarixi rekorda imza atdı

Almaniya Bundesliqasının 23-cü turunun matçında “Bayer” doğma meydanda “Maynts”ı məğlub edib – 2:1

Publika.az xəbər verir ki, Leverkuzen təmsilçisi məğlubiyyətsiz matçların sayına görə yeni Almaniya rekorduna imza atıb. Xabi Alonsonun komandası bütün yarışlarda ardıcıl keçirdiyi son 33 oyunda məğlub olmayıb. Bu görüşlərdə “Bayer” 29 qələbə qazanıb və 4 dəfə heç-heçə edib.

Komanda “Bayern”in bütün turnirlərdə ardıcıl 32 matçda məğlub olmamaq (2019/20) nailiyyətini yeniləyib.

Qeyd edək ki, “Bayer” “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm