Mahirin komandasından Modriçə zəng etdilər: Görün nə təklif olundu
Bizi izləyin

İdman

Mahirin komandasından Modriçə zəng etdilər: Görün nə təklif olundu

Zaqreb “Dinamo”sunun prezidenti Mirko Barişiç “Real”ın hücumameyilli yarımmüdafiəçisi Luka Modriçə şəxsən zəng edərək onu böyük futbol karyerasına başladığı Xorvatiya klubuna qayıtmağa dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə “Sata 24” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Modriç bu təklifə müsbət reaksiya verib, lakin hazırda onu qəbul edə bilməyəcəyini deyib. 38 yaşlı futbolçu ilə Zaqreb “Dinamo”sunun prezidentinin daimi əlaqədə olduğu vurğulanır.

Xatırladaq ki, Modriç 2002-2008-ci illərdə Zaqreb “Dinamo”sunda çıxış etsə də, bəzi mövsümlərdə icarə əsasında Xorvatiyanın digər komandalarına keçib. Bu müddətdə Zaqreb “Dinamo”sunun tərkibində Modriç bütün turnirlərdə 79 matçda iştirak edib, 24 qol vurub, 21 məhsuldar ötürmə edib.

Xorvatiyalının “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emreli “Dinamo”da çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm