Azarkeşin başını yardı, həbs cəzası aldı
Bizi izləyin

İdman

Azarkeşin başını yardı, həbs cəzası aldı

İngiltərənin “Kuinz Park Reyncers”in və Mərakeş millisinin yarımmüdafiəçisi İlyas Şair həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, Şairlə bağlı insident 2020-ci ildə futbolçunun böyüdüyü Antverpendə baş verib. Dostları və qardaşı ilə birlikdə olan Mərakeşli futbolçu evə getmək üçün avtobus gözləyən Nils T. ilə mübahisə edib. O, Nilsin başına daşla vurub. Bundan sonra həmin şəxshuşunu itirib.

Zərərçəkənə kəllə sınığı diaqnozu qoyulub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər bununla belə Nilsi xilas edə biliblər.

Məhkəmənin hökmü ilə Şair 1 il müddətinə azadlıqdan məhrum edilib. İlyasın məhkəmənin qərarını apellyasiya şikayəti ilə etiraz etmək hüququ var. KPR rəhbərliyi isə futbolçunun komandada oynamağına icazə verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm