Bellinqem bu mükafata namizəd oldu
Bizi izləyin

İdman

Bellinqem bu mükafata namizəd oldu

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem "İlin Sıçrayışı" mükafatına namizəd olub.

Publika.az xəbər verir ki, o, buna yayda transfer olunduğu Madrid klubundakı performansına görə layiq görülüb.

Həmçinin, ispaniyalı qadın futbolçular Salma Paralluelo ("Barselona") və kolumbiyalı Linda Kaysedo ("Real"), amerikalı tennisçi Koko Qauff, çinli üzgüçü Qin Haiyang və şotlandiyalı atlet Coş Kerr də namizədlər arasında yer alıb.

Mükafat aprelin 22-də Madriddə baş tutacaq "Laureus World Sports Awards" mərasimi çərçivəsində sahibinə təqdim ediləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm