Onu "təcavüzkar" adlandıran həmyerlisini belə qorudu
Bizi izləyin

İdman

Onu "təcavüzkar" adlandıran həmyerlisini belə qorudu

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin ingilis yarımmüdafiəçisi Meyson Qrinvud həmyerlisi Cud Bellinqemlə mübahisəsinin böyüməsini istəmir.

Publika.az xəbər verir ki, La Liqanın 20-ci turunun “Xetafe” – “Real” matçının yayımında iki ingilis futbolçunun mübahisə etdiyi və Madrid klubunun yarımmüdafiəçisinin “təcavüzkar” sözünü dediyi anlar yer alıb.

“Meyson İspaniya futbol bosslarına Cudun cəzalandırılmasını istəmədiyini söyləyib. Hekayənin inkişafına imkan verməmələrini istəyib. O, qalmaqalların futbol oynamasına mane olmasını istəmir. Eyni zamanda, o, baş verənlərdən çox üzülüb. Çünki Cuddan bunu gözləmirdi”, - deyə “The Sun”a futbolçuya yaxın olan şəxs məlumat verib.

Xatırladaq ki, ötən ilin fevralında Qrinvud keçmiş sevgilisini zorlamaq və döymək ittihamına görə bəraət almışdı.

İspaniyadakı ilk mövsümündə 22 yaşlı Qrinvud "Xetafe"nin heyətində bütün yarışlarda 25 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm