İdman
Messinin bu şəbəkədə abunəçisi 500 milyona çatdı

“İnter Mayami”nin futbolçusu Lionel Messi “İnstagram” sosial şəbəkəsində 500 milyon abunəçi qazanıb.
Publika.az xəbər verir ki, bu göstəriciyə görə, 36 yaşlı futbolçu hazırda 622 milyon istifadəçinin izlədiyi “ Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldondan sonra ikincidir.
Sosial şəbəkədə ən populyar ulduzlar siyahısında Messidən sonra müğənni Selena Qomez (429 milyon), model Kayli Cenner (400 milyon) və aktyor Dueyn Conson (396 milyon) gəlir.
Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. Ötən mövsüm forvard MLS klubunun heyətində bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı komanda ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.

-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu
-
Hadisə09:00
Azərbaycanda ZƏLZƏLƏ OLDU