Mbappenin anası Madridə niyə gedib?
Bizi izləyin

İdman

Mbappenin anası Madridə niyə gedib?

PSJ-nin hücumçusu Kilian Mbappenin anası və agenti Faiza Lamari bir neçə gündür Madriddədir.

Publika.az xəbər verir ki, Lamari "Real" ilə danışıqlar aparır. O, Mbappenin Madrid klubu ilə gələcək müqaviləsinin detallarını müzakirə edib. Bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçunun İspaniya klubuna keçidi artıq razılaşdırılıb. Lamari digər məsələlərlə yanaşı, Kilianın Madriddəki mənzili ilə bağlı problemləri də həll etməyə çalışıb.

Bu mövsüm Mbappe PSJ-nin heyətində 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm