İdman
"Qəbələ"nin baş məşqçisi tarixə düşdü

Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.
Publika.az PFL-in saytına istinadən xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.
Onun "siftə"si “Qarabağ”la 23-cü turdan təxirə salınmış matça təsadüf edib - 0:4.
O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.
Qeyd edək ki, 4 legioner baş məşqçi Premyer Liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).
Heybət

-
Qoroskop10:20
Pula pul deməyəcəklər: Bu bürclər oktyabr ayında zəngin olacaqlar
-
Köşə09:20
İzlədim: Cabir Ölümü əsalətlə ifa etdi, möhtəşəm idi...
-
Dünya09:13
Ruslar ABŞ-ın da zayını çıxarıblar: Gəldilər, özləri ilə söyüş gətirdilər
-
Ekologiya09:00
FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq
-
Magazin206:46
Məşhur müğənni və qızı koronavirusa yoluxdu
-
İdman04:30
Messi Yamala səs verib, Ronaldo isə…
-
Qoroskop02:18
Günün ulduz falı: Sağlamlıqla bağlı kiçik narahatlıqlar ola bilər
-
Dünya01:20
Netanyahu hədələdi: HƏMAS sülh planını rədd edərsə...