"Barselona" Haalanda görə hərəkətə keçdi
Bizi izləyin

İdman

"Barselona" Haalanda görə hərəkətə keçdi

"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın mümkün transferinə görə hərəkətə keçib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Cerard Romero məlumat verib.

Mənbənin sözlərinə görə, kataloniya klubunun idman direktoru Deko norveçlinin agentləri ilə futbolçunun "Barselona"ya mümkün transferini müzakirə edib. Bu keçidin mümkünlüyünü qiymətləndirmək üçün Haalandın ailəsi və ətrafı ilə görüş üçün tarix də razılaşdırılıb.

Qeyd olunur ki, Erlinqin "Barsa"ya transferi maliyyə baxımından çətin olsa da, razılaşma mümkündür.

Xatırladaq ki, Haaland bu mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 30 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt"ə görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm