Messi Bekhemin təklifini rədd etdi: Təsirli səbəb
Bizi izləyin

İdman

Messi Bekhemin təklifini rədd etdi: Təsirli səbəb

"İnter Mayami" klubunun sahiblərindən biri olan Devid Bekhem maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, əfsanəvi futbolçu hazırda komandasında çıxış edən argentinalı Lionel Messiyə etdiyi təklifdən və rədd cavabı almasından danışıb:

“Mən Messinin təqaüdə çıxdıqdan sonra Mayamidə yaşamasını, klubda çalışmasını istəyirəm. Lakin Leo mənə dedi ki, o, yalnız bir variantı nəzərdən keçirir - "Kamp Nou" yaxınlığında yaşamaq. “Barselona”nı onun qədər sevən futbolçu tapmaq mümkün deyil. Onun ayağında və hətta içdiyi su qabında belə "Barsa"nın loqosu var. Hamısı kluba olan ehtirası üzündəndir”.

Qeyd edək ki, Messinin "İnter Mayami" ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrın 31-də başa çatacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm