"Neftçi" azarkeşləri klubun bazasına hücum etdi: Daha pis şeylər olacaq - VİDEO
Bizi izləyin

İdman

"Neftçi" azarkeşləri klubun bazasına hücum etdi: Daha pis şeylər olacaq - VİDEO

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Neftçi"nin əzəli rəqibi "Qarabağ"a 1:4 hesabı ilə uduzması "ağ-qaralar"ın azarkeşlərini özündən çıxarıb.

Publika.az xəbər verir ki, uğursuz nəticələrdən hiddətlənən fanatlar klubun 8 noyabr prospektindəki bazasına gecə ilə hücum çəkiblər. Onlar bazanın içərisinə petarda ataraq klub rəhbərliyinə xəbərdarlıq ediblər.

"Bu nəticələr davam etsə, daha pis şeylər olacaq. Bu klub düzəlməlidir. Ya komandanı qaytarın bizə, ya da cəhənnəm olun gedin, işimizi bilək. Hamı təmiz vicdanla işləsin, nəticə əldə edək. "Neftçi" sizin şəxsi mülkünüz deyil ki, bu günə qoyasınız. Hamı öz kefindədir. Haradasınız? Haradadır bu klub rəhbərliyi? Futbolçuları bazaya yığıb danlasın".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm