Mbappe ilə PSJ arasında gərginlik: Şübhələnir ki...
Bizi izləyin

İdman

Mbappe ilə PSJ arasında gərginlik: Şübhələnir ki...

PSJ-nin düşərgəsində gərginlik yaşanır.

Publika.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Kilian Mbappe gedişi ilə bağlı məlumatın mətbuata sızmasını klubun təşkil etməsindən şübhələnir. O, gedişini başqa cür açıqlamaq istədiyirmiş. Buna görə PSJ-nin sözünün üstündə durmadığını düşünür. Bu barədə "L'Équipe" məlumat yayıb.

Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları başlayana qədər bu üsulları anlamayıb. Hazırda tərəflər arasında gərginliyin artdığı qeyd edilir.

Xatırladaq ki, Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılacağı iddia edilir. O, klubla bitəcək müqaviləsinin müddətini yeniləməyəcək. Karyerasını “Real”da davam etdirəcəyi bildirlir.

Qeyd edək ki, bu mövsüm Kilian bütün turnirlərdə 33 matçda iştirak edib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm