"Neftçi"nin yubiley məğlubiyyəti
Bizi izləyin

İdman

"Neftçi"nin yubiley məğlubiyyəti

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXV turunda "Qarabağ"la görüşə (1:4) təsadüf edib. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm