Haalandın bu "biabırçılığına" Qvardiola belə reaksiya verdi - VİDEO
Bizi izləyin

İdman

Haalandın bu "biabırçılığına" Qvardiola belə reaksiya verdi - VİDEO

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Erlinq Haaland haqqında danışıb.

Publika.az xəbər verir ki, Qvardiola Premyer Liqanın 27-ci turunda "Mançester Yunayted"lə derbi oyununda (3:1) norveçli hücumçunun topu 1 metrdən boş qapıdan keçirə bilməməsini şərh edib:

“Bir çox görkəmli oyunçuları idarə etmək mənə nəsib olub. Onlar belə anları həmin saniyədə unudurlar. Həm futbolçular, həm də basketbolçular zərbələri tez-rez qaçırırlar. Amma sonra Haaland kimi sadəcə gülümsəyib irəliləyirlər. Onun belə şeyləri unutmaq üçün inanılmaz qabiliyyəti var. Bu, böyük oyunçuları xarakterizə edən haldır".

Qeyd edək ki, Erlinq görüşün son dəqiqələrində qol vurmağı bacarıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm