İdman
Zidan bütün təklifləri rədd edir: Niyyəti bəlli oldu

Zinəddin Zidan Fransa millisindən iş təklifi gözlədiyi üçün klublardan gələn təklifləri rədd edir.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda Fransa millisində çalışmaq Zidanı məşqçiliyə qayıtmağa həvəsləndirən yeganə variantdır. “Real Madrid”in sabiq çalışdırıcısı Fransa Futbol Federasiyasından təklif gözləyərkən bir sıra klubların, o cümlədən PSJ-nin dəvətini rədd edib.
Zidanın İspaniyada həyatını qurduğu və bu ölkəni tərk etmək istəmədiyi vurğulanır. Fransa millisində işləmək onun Madriddə yaşamağa davam etməsinə, yalnız Fransa millisinin oyunlarına gedəndə şəhəri tərk etməsinə imkan verəcək.
Hazırda Fransa millisinə müqaviləsi 2026-cı ilin yayına qədər olan Didye Deşam rəhbərlik edir.

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək