İdman
Premyer Liqa: “Neftçi” qol buraxmadan qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.
“Neftçi Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqləniblər. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. 32 xala malik Naxçıvan təmsilçisi 8-ci sıradadır.
Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib. Ötən gün “Sumqayıt” - “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi